Zelenskinin filmi 15 ölkəyə satıldı - "Netflix" ilə danışıqlar aparılır 

Hazırda oxunan: Zelenskinin filmi 15 ölkəyə satıldı - "Netflix" ilə danışıqlar aparılır 

64388

Ukrayna Prezidenti Volodimir Zelenskinin 2015-ci ildə baş rolda oynadığı “Xalqın xidmətçisi” (Servant of the People) serialı bir həftə ərzində 15 ölkəyə satılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Eccho Rights” adlı agentliyin ortaqlarından olan Nicola Soderlund “AFP” xəbər agentliyinə müsahibəsində bildirib. 

Onun sözlərinə görə, ekran işinin müəllif hüquqlarına sahib olan İsveç yayım şirkəti “Netflix” və 20 ölkə ilə danışıqlar aparır. 

Qeyd edək ki, serialda tarix müəllimi Vasiliy Qoloborodkonu canlandıran Zelenski verdiyi açıqlamalarla xalqın səsini toplayaraq dövlət başçısı seçilib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin