Döyüş əməliyyatları başlayandan Rusiya hərbi qüvvələrinin Ukrayna ərazisində fəaliyyət göstərən 31 batalyon-taktiki dəstəsi döyüş qabiliyyətini itirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” hesabında məlumat paylaşıb.
“Polesski, Severski, Yujnobuqski rayonlarında Rusiya silahlı qüvvələri canlı qüvvə və texnikada böyük itki verərək qarşısı alınıb və hazırda əvvəllər ələ keçirilən xətlərdə möhkəmlənməyə çalışır. Donetsk istiqamətində irəliləməyə çalışan düşmən Ukrayna müdafiəçiləri tərəfindən layiqincə müqavimətlə qarşılaşaraq bəzi yerlərdə geri oturdulub, qalan ərazilərdə isə irəliləmə sürəti xeyli azalıb” – deyə məlumatda qeyd edilib.
Bildirilib ki, döyüş əməliyyatları nəticəsində Ukrayna Silahlı Qüvvələri ilə birbaşa atəş təmasında olan Rusiya Silahlı Qüvvələrinin bölmələri ruhdan düşüb:
“Şəxsi heyətin mənəvi vəziyyəti davamlı olaraq zəifləyir, onlar arasında qrup şəklində təslimolma halları qeydə alınır. Son 3 gün ərzində qarşı tərəfdən kiçik fərari dəstələrinin dövlət sərhədinə sarı hərəkət etməsi müşahidə olunur”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:53 / 12.03.2022
Rusiyanın 31 batalyon-taktiki qrupu döyüş qabiliyyətini itirdi – Ukrayna Baş Qərargahı
Hazırda oxunan: Rusiyanın 31 batalyon-taktiki qrupu döyüş qabiliyyətini itirdi – Ukrayna Baş Qərargahı
Hazırda oxunan: Rusiyanın 31 batalyon-taktiki qrupu döyüş qabiliyyətini itirdi – Ukrayna Baş Qərargahı
64381
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.