Ermitaj Avropadakı rəsm əsərlərini qaytarmaq istəyir

Hazırda oxunan: Ermitaj Avropadakı rəsm əsərlərini qaytarmaq istəyir

64348

Rusiyanın Ermitaj Muzeyi sərgi üçün xaricə göndərilmiş əsərləri ölkəyə vaxtından tez qaytarmaq istəyir.

Bizim.Media xəbər verir ki, Rusiyaya qarşı sanksiyalar çərçivəsində tarixi əsərlərin də müsadirə olunacağından ehtiyat edilir.

Hazırda İtaliyadakı Milan Qalereyasında Ermitajdan göndərilmiş 22 sənət əsəri nümayiş olunur. Digər 4 Rusiya muzeyinin də tabloları iyun ayında burada sərgilənəcək.

Əsərlər Avropaya Ukrayna ilə münaqişədən əvvəl yola salınıb.

Bundan əlavə, Ermitaj Britaniyanın 2 muzeyinə də sərgilənmək üçün rəsm əsərləri yollayıb. Lakin Londondakı “National Gallery” Ukrayna münaqişəsinə görə əsərləri baxışa çıxarmayıb. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin