Çörəyin qiyməti qalxacaq, ya yox? - VİDEO

Hazırda oxunan: Çörəyin qiyməti qalxacaq, ya yox? - VİDEO

64233

Çörək və digər un məmulatları yenidən bahalaşa bilər.  

Bizim.Media xəbər verir ki, dünya bazarında buğdanın qiyməti son 2 həftə ərzində 40 faiz bahalaşıb.

Çikaqo birjasında taxılın 1 tonu 485 ABŞ dollarına təklif olunub. Hansı ki, bu məbləğ ötən il 240 dollar idi. İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, bahalaşma, əsasən Rusiya-Ukrayna müharibəsi fonunda baş verir. Onun sözlərinə görə, proses dərinləşməkdə davam edəcək.

Çünki həm Ukrayna, həm də Rusiya qlobal iqtisadiyyatda ciddi rola malikdir. Ekspertin fikrincə, qiymət artımı ölkəmizə də təsirsiz ötüşməyəcək.  

Rəşad Həsənov deyir ki, Azərbaycan buğdanın 80-85 faizini Rusiyadan alır. Ona görə də, şimal qonşumuzun ixracla bağlı qəbul etdiyi qərarlar ölkəmizdə də taxılın qiymətinə təsir edə bilər.  

Ekspertin fikrincə, qlobalbahalaşma fonunda,xüsusilə, çörəyin qiyməti sabit saxlanmalıdır. Bununçün müxtəlif alətlər də var.  
İqtisadiyyat Nazirliyindən isə "Xəbər Ertəsi"nə bildirildi ki, hazırda bazarda çörəyin qiymətinin bahalaşması müşahidə edilmir.  

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin