Ukrayna ordusu Rusiyanın bütün istiqamətlərdə hücumunu dayandırır - Baş Qərargah 

Hazırda oxunan: Ukrayna ordusu Rusiyanın bütün istiqamətlərdə hücumunu dayandırır - Baş Qərargah 

64159

Ukrayna Müdafiə Qüvvələri layiqli cavab verir və Rusiya silahlı qüvvələrinin bütün istiqamətlərdə hücum əməliyyatını dayandırır. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz “Facebook” səhifəsində məlumat yayıb.

"Rus hərbçiləri gün ərzində ələ keçirdikləri xətlərdə möhkəmlənməyə çalışıblar, qoşunları yenidən qruplaşdırıblar, döyüş qabiliyyətini bərpa ediblər, raketlər, döyüş sursatı, yanacaq və sürtkü materialları ehtiyatlarını artırıblar. Poleski istiqamətində Rusiya hərbi qüvvələri Polesskoe, Kuxari, Jovtnev, Andreevka, Kopılov, Motıjin, Buzova, Qoreniçi, Buça, Demidov yaşayış məntəqələri ərazilərində Ukrayna müdafiəçilərinin müdafiəsini yarmağa və Kiyevi blokadaya almağa çalışır” – deyə məlumatda qeyd edilib. 

Bildirilib ki, Seversk istiqamətində rus hərbçiləri Çerniqov müdafiəsini yarmaq istəyərkən qarşısı alınıb: 

“Düşmənin şərqdən Brovarı istiqamətində növbəti hərəkəti istisna edilmir. Xarkov istiqamətində düşmən şəhəri şimaldan mühasirəyə almaq üçün uğursuz cəhdlərini davam etdirir. Xarkov vilayətində hərbi əməliyyatların aparılmasında Rusiya ehtiyatda olan əsgərlərin hesabına yaradılmış atıcı alaylar iştirak edir”. 

Yujnobuzski istiqamətində işğalçılar əldə edilən xətlərdə möhkəmlənməyə, Nikolaev şəhəri üzərində nəzarəti bərqərar etməyə və Zaporojye və Krivoy Roq istiqamətlərində hücumu inkişaf etdirməyə çalışdılar. 

Həmçinin qeyd edilib ki, Qara dəniz və Azov əməliyyat zonalarında hava şəraiti ilə əlaqədar qarşı tərəfin gəmiləri hərbi-dəniz bazalarına qayıtmağa məcbur olub: 

"Ukrayna Silahlı Qüvvələri rus hərbi qüvvələrinə şiddətli müqavimət göstərir, və onlar canlı qüvvə və hərbi texnika baxımından əhəmiyyətli itkilər verir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin