Rusiya Ukraynaya qarşı müharibəni dayandırmaq üçün 6 tələb irəli sürüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Zn.ua” etibarlı diplomatik mənbələrə istinadən məlumat paylaşıb.
Tələblər bunlardır:
NATO-ya üzvlükdən imtina, Ukraynanın neytral statusu;
Rus dili Ukraynada ikinci dövlət dili olmalıdır. Onu məhdudlaşdıran bütün qanunlar ləğv edilməlidir;
Krımın Rusiya ərazisi kimi tanınması;
DXR və LXR-in, regionların (hazırda Ukraynanın nəzarətində olan ərazilər də daxil olmaqla) inzibati sərhədləri daxilində müstəqilliklərinin Ukrayna tərəfindən tanınması;
"Denasifikasiya". Ultra-millətçi, nasist və neonasist partiyaların və ictimai təşkilatların fəaliyyətinin qadağan edilməsi, nasistlərin və neonasistlərin tərənnümü ilə bağlı mövcud qanunların ləğv olunması;
"Ukraynanın demilitarizasiyası". İstənilən halda istənilən növ silahların gətirilə biləcəyi hücum silahlarından tamamilə imtina edilməsi.
Bildirilib ki, bu tələblər Ukrayna Konstitusiyasının dəyişdirilməsini nəzərdə tutur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:27 / 11.03.2022
Rusiyanın Ukraynada müharibəni dayandırmaq üçün irəli sürdüyü 6 TƏLƏB
Hazırda oxunan: Rusiyanın Ukraynada müharibəni dayandırmaq üçün irəli sürdüyü 6 TƏLƏB
Hazırda oxunan: Rusiyanın Ukraynada müharibəni dayandırmaq üçün irəli sürdüyü 6 TƏLƏB
64157
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.