“Putinin Ukrayna ilə bağlı tələbləri qəbuledilməzdir” - Makron 

Hazırda oxunan: “Putinin Ukrayna ilə bağlı tələbləri qəbuledilməzdir” - Makron 

64147

Biz Prezident Putinlə daim danışıqlarda iştirak edirik. Biz atəşkəsə nail olmağa çalışırıq. 

Bizim.Media xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Aİ liderlərinin Versal sammitindən əvvəl bildirib. 

"Amma mən etiraf etməliyəm ki, Putinin irəli sürdüyü şərtlər heç kim üçün qəbul edilmir”, - deyə ölkə başçısı qeyd edib. 

Onun sözlərinə görə, bu gün əsas məsələ Putinin prinsipcə səmimi danışıqlar aparmağa və nə isə təklif etməyə hazır olub-olmamasıdır. 
"Bu danışıqlar heç bir nəticə vermir. Düzünü desəm, yaxın bir neçə saat ərzində atəşkəsin mümkünlüyünü görmürəm”, - Fransa lideri əlavə edib. 

Makron həmçinin, müharibə vəziyyətində olan bir ölkə ilə Aİ-yə daxil olmaq üçün danışıqların real olmadığını söyləyib:

"Müharibə şəraitində olan bir ölkə ilə üzvlük proseduru aça bilərikmi? Mən belə düşünmürəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin