Millət vəkili: "Ukraynadan minlərlə azərbaycanlı təxliyə edilib" - VİDEO

Hazırda oxunan: Millət vəkili: "Ukraynadan minlərlə azərbaycanlı təxliyə edilib" - VİDEO

64114

“Ukraynada 15 gündür ki, müharibə gedir. Bu günə qədər çoxlu sayda həmvətənimizi Türkiyə, Moldova, Rumıniyaya yol salmışıq”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Azərbaycanlıları Radasının həmsədri Oleq Krapivin bildirib.

O. Krapivin deyib ki, dünənə qədər təxliyə ilə bağlı onlara gün ərzində 500-600 zəng gəlib: 

“Dünən isə 200-ə qədər zəng gəlmişdi. Bu gün günortadır, 20-ə qədər zəng gəlib. Düşünürəm ki, Azərbaycan vətəndaşlarının çoxu artıq Ukraynanı tərk edib. Bu çətin günlərdə Ukraynaya da kömək etməliyik, biz burada yaşamışıq, dost ölkədir”.

Ukrayna Azərbaycanlıları Radasının həmsədri bu günə qədər yaratdıqları qaynar xəttin fəaliyyət göstərdiyini nəzərə çatdırıb: “Biz sona qədər imkan daxilində vətəndaşlarımızı yola salacağıq”.

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə bildirib ki, başda Azərbaycan Xarici İşlər Nazirliyi olmaqla, dövlət qurumlarımız vətəndaşlarımızın Ukraynadan təxliyəsində fəal iştirak edirlər: 

"Polşa, Rumıniya, Moldova, Çexiya və Türkiyədən Azərbaycan vətəndaşları, Azərbaycan əsilli şəxslər avireyslərlə ölkəmizə gətirilir. Bu da Azərbaycan dövlətinin  vətəndaşlarımıza diqqətinin təzahürüdür.

Eyni zamanda Ukraynada diasporumuzun Oleq Krapivin, Ceyhun Məmmədov kimi rəhbərləri Kiyevdə, Xarkovdakı fəxri konsulumuz Əfqan Salmanov vətəndaşlarımızın yola salınmasında çox fəal iştirak edirlər.

Artıq minlərlə insanlarımız evakuasiya edilib, minlərlə insanımıza kömək edilib. Yəni onlara dərman, ərzaq və digər yardımlar edilib. Bu insanlarımızla da biz fəxr edirik”.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin