Estoniya Rusiya vətəndaşlarına viza verilməsini dayandırır

Hazırda oxunan: Estoniya Rusiya vətəndaşlarına viza verilməsini dayandırır

64096

Estoniya hakimiyyəti Rusiya Federasiyası vətəndaşlarına turist vizalarının verilməsinin müvəqqəti dayandırıldığını elan edib . 

Bizim.Media xəbər verir ki, müvafiq bəyanatla ölkənin xarici işlər naziri Eva-Maria Liymets hökumətin iclasından sonra keçirilən mətbuat konfransında çıxış edib. 

Onun sözlərinə görə, Estoniya qohumlarını ziyarət etmək üçün vizalar istisna olmaqla, Rusiya vətəndaşlarına vizaların verilməsini dayandırır: 

"Bu gün planlarımıza Rusiya Federasiyası vətəndaşlarına C və D kateqoriyalı vizaların verilməsinin müvəqqəti dayandırılması daxildir. Bu, ilk növbədə yeni vizalara aiddir. Bununla yanaşı indi texniki baxımdan dövlət rüsumunu almaq mümkün deyil.

Ona görə də biz fiziki olaraq yeni müraciətlərə baxa bilmirik. Söhbət Rusiyada yerləşən bütün nümayəndəliklərdə, konsulluqlarda və xidmət məntəqələrində viza ərizələrinin qəbulundan gedir” – deyə nazir qeyd edib. 

Onun sözlərinə görə, hələ də istisnalar var:

“Biz Estoniyada yaşayan qohumları olan, humanitar səbəbləri olan, həmçinin xəstə qohumlarını ziyarət edən və ölkəmizdə müalicə alan ruslardan viza ərizələrini qəbul etməyə davam edəcəyik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin