ABŞ Konqresmenləri Rusiyadan enerji idxalını qadağan edən qanun layihəsi qəbul etdi

Hazırda oxunan: ABŞ Konqresmenləri Rusiyadan enerji idxalını qadağan edən qanun layihəsi qəbul etdi

63985

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyadan enerji idxalını qadağan edən qanun layihəsini və ABŞ rəsmilərinin Rusiyanın Ümumdünya Ticarət Təşkilatında (ÜTT) iştirakını dayandırmaq üçün addımlar atmasını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, səsvermə qanunverici orqanın aşağı palatasının saytında yayımlanıb.

Qanun layihəsinə əsasən, Rusiyanın Ukraynadakı əməliyyatı ilə əlaqədar olaraq Rusiya Federasiyasından enerji daşıyıcılarının, o cümlədən neft və qazın “ABŞ-a idxalına qadağa qoyulmalıdır”. Bu qaydalara bir sıra istisnalar var.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-da ermənipərəst konqresmenlərdən Azərbaycana qarşı daha bir RİYAKARLIQ – “Yardım dayandırılsın”


Bundan əlavə, ABŞ rəsmilərinə “digər ÜTT üzvlərini Rusiya Federasiyası üçün ticarət güzəştlərini dayandırmağa çağırmaq” üçün tədbirlər görmək tapşırılıb. Qanun layihəsinə ABŞ Senatında nə vaxt baxılacağı hələ dəqiqləşdirilməyib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden martın 8-də Rusiyadan enerji idxalını və Rusiyanın enerji sektoruna yeni investisiyaları qadağan edən fərman imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin