Rusiya haqqında saxta məlumatların yayılmasına hər gün təxminən 12 mln. xərclənir

Hazırda oxunan: Rusiya haqqında saxta məlumatların yayılmasına hər gün təxminən 12 mln. xərclənir

63904

İnternetdə Rusiyaya qarşı informasiya hücumunun gündəlik dəyəri təxminən 12 milyon dollardır. 

Bizim.Media xəbər verir ki, bu barədə Təhlükəsiz İnternet Liqasının direktoru və Rusiya Federasiyasının Vətəndaş Palatasının üzvü Yekaterina Mizulina TASS-a açıqlamasında bildirib. 

“Ümumilikdə, kampaniyanın gündəlik xərcləri təxminən 12-12,5 milyon dollar təşkil edir. Eyni zamanda “Instagram” və “YouTube” kimi nəhəng sosial media platformaları saxta məlumatların yayılmasını məhdudlaşdırmaq üçün tədbirlər görmür.

Hər iki platformanın dəstək xidməti istifadəçilərin kütləvi şikayətlərinə cavab vermir” – deyə Mizulina qeyd edib. 

Təhlükəsiz İnternet Liqasının ekspertlərinin hesablamalarına görə, Rusiya Federasiyası haqqında saxtakarlıq və dezinformasiyaların yayılması üçün informasiya kampaniyasına artıq 150 milyon dollardan çox vəsait xərclənib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin