Böyük canlı qüvvə və texnika itkiləri səbəbindən Rusiya qoşunlarının şəxsi heyəti arasında çaxnaşma var.
Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.
Martın 9-da saat 06:00-a olan əməliyyat məlumatlarına əsasən, müdafiə qoşunları müəyyən əməliyyat zonalarında fəaliyyətlərini davam etdirirlər.
Şimal və Şimal-Qərb istiqamətlərində Polessk və Volın əməliyyat rayonlarında, habelə Ukraynanın dövlət sərhədi boyunca və Nijin, İvanitsa, Trostyanets yaşayış məntəqələri ərazilərində döyüş əməliyyatları, Çerniqovun müdafiəsi davam edir.
Kiyevin müdafiə vasitələrinin qruplaşması düşmənin hücumunu dəf edir, onun bölmələrinə atəş zərbələri endirir və müəyyən cəbhə xətləri mətanətlə saxlanılır.
Cənub istiqamətində isə müdafiə qoşunlarının əməliyyat qrupları dövlət sərhədində və dəniz sahillərində yerləşib. Aerodromların və mühüm infrastruktur obyektlərinin mühafizə və müdafiəsi həyata keçirilir. Digər istiqamətlərdə isə qoşun qruplaşmaları sabitləşdirmə işləri görür, ərazi müdafiə olunur.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri raket və bomba zərbələrini dəf edir və düşmənin texnikasını sıradan çıxarır. Ukraynanın mühüm infrastruktur obyektləri və qoşun qruplaşmaları hava hücumundan müdafiə olunur.
“Mövcud məlumatlara görə, çoxsaylı şəxsi heyət itkiləri səbəbindən düşmən müvəqqəti işğal olunmuş Krım Muxtar Respublikası, Krasnodar diyarı və Donetsk və Luqanskın bəzi ərazilərində təlim düşərgələri adı altında gizli səfərbərlik həyata keçirir, regionlarda və Ukrayna ərazisində müharibə üçün könüllülərin cəlb edilməsini gücləndirir.
Bundan əlavə, ordu ehtiyatını artırmaq üçün hərbi yaşda olan gənclərin Rusiya Federasiyasının ali təhsil müəssisələrindən xaric edilməsi halları qeydə alınıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edir ki, Rusiya qoşunları Ukrayna ilə müharibəyə tanınmamış “Pridnestroviya-Moldova Respublikası”nın 800-ə qədər hərbi qulluqçusunun cəlb oluna biləcəyini istisna etmir.
“Berdyanskda düşmən Ukraynanın hərbi-siyasi rəhbərliyini gözdən salmağa yönəlmiş təbliğat materialları yaymağa başlayıb.
Rusiya qoşunlarının müvəqqəti işğal etdiyi Çerniqov vilayətinin yaşayış məntəqələrində düşmən beynəlxalq humanitar hüququn normalarını pozaraq yaşayış binaları arasında və kənd təsərrüfatı obyektlərinin ərazilərində silah və hərbi texnikanı gizlədir. Yaralılara tibbi yardım göstərmək üçün tibb müəssisələri şəbəkəsindən yararlanır. Düşmən mobil qüllələri sıradan çıxarır.
Xerson vilayətində Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçularının mülki geyimdə Nikolayev şəhəri istiqamətində irəlilədikləri aşkarlanıb”, - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:41 / 09.03.2022
Son gündə Rusiya-Ukrayna müharibəsində nələr baş verib? – XÜLASƏ
Hazırda oxunan: Son gündə Rusiya-Ukrayna müharibəsində nələr baş verib? – XÜLASƏ
Hazırda oxunan: Son gündə Rusiya-Ukrayna müharibəsində nələr baş verib? – XÜLASƏ
63768
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.