Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq, çünki o, Ukraynadakı hərbi əməliyyatların memarlarından biridir.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin rəhbərinin özü canlı yayımda səsləndirib.
Kuleba qeyd edib ki, Lavrovla martın 10-na planlaşdırılan görüş ilk növbədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sayəsində baş tutacaq.
“Bilmirəm, Ərdoğan Putini, yoxsa Çavuşoğlu Lavrovu razı salıb. Bu, məni çox maraqlandırmır, amma görüş baş tutacaq”, - ukraynalı nazir bildirib.
Kulebanın sözlərinə görə, iki il ərzində Lavrov onunla ikitərəfli səviyyədə və ya “Normand dördlüyü” formatında hər hansı görüşdən və əlaqədən yayınıb.
"Və sonra birdən razılaşdı, yəqin nəyisə çatdırmaq istəyir. Biz dinləyəcəyik, amma tam səmimi və sakit şəkildə deyə bilərəm ki, Lavrov baş verən hər şeyin memarlarından biridir”, deyə o, qeyd edib.
Ukrayna prezidentinin “Danışıqlarda Krım və Donbass məsələsi müzakirə ediləcək” sözlərinə münasibət bildirən Kuleba vurğulayıb ki, Ukrayna danışıqlara nəyisə təslim etmək istəyi ilə yanaşmaq iqtidarında deyil.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:24 / 09.03.2022
Ukraynanın xarici işlər naziri Lavrovla danışıqlar haqda: Yəqin nəyisə demək istəyir
Hazırda oxunan: Ukraynanın xarici işlər naziri Lavrovla danışıqlar haqda: Yəqin nəyisə demək istəyir
Hazırda oxunan: Ukraynanın xarici işlər naziri Lavrovla danışıqlar haqda: Yəqin nəyisə demək istəyir
63763
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.