Fransa vətəndaşı bir gündə milyonçu oldu

Hazırda oxunan: Fransa vətəndaşı bir gündə milyonçu oldu

63761
Avromilyon lotereyasında növbəti yüksək məbləğli uduş aparılıb.

ANS PRESS-in məlumatına görə, lotereyanın son tirajında adı açıqlanmayan Fransa vətəndaşı 72 971 665 avro udub. Bu mələğdə uduş 2014-cü il üzrə Fransada rekord hesab olunur. 

Lotereya oyununda ən böyük məbləği -190 milyon avronu 2012-ci ildə bir portuqaliyalı udub.

Fransada isə ən böyük uduş 2012-ci ilin noyabrında qeydə alınıb. Həmin il xoşbəxt bilet öz sahibinə 169 milyon avro qazandırıb.

Xatırladaq ki, avromilyon lotereya oyunu Fransada, Böyük Britaniyada, İspaniyada, Belçikada, Lüksemburqda, İsveçrədə, Portuqaliyada, İrlandiyada və Avstriyada keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin