Ukrayna hökuməti Yaponiya tərəfinə raketlər də daxil olmaqla hərbi sursatın göndərilməsi barədə xahişlə müraciət etsə də, bunun ölkənin mövcud qanunvericiliyini pozması nəzərə alınaraq həmin müraciət qəbul edilməyib.
Bizim.Media xəbər verir ki, bu barədə Kyodo agentliyi martın 9-da hökumətdəki mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, cari il fevralın sonlarında Ukrayna tərəfi Yaponiyanın müdafiə naziri Nobuo Kişiyə yazılı müraciət edərək hərbi sursata ehtiyacı olduğunu bildirib. Həmin siyahıya müxtəlif hərbi sursatlar, o cümlədən tank əleyhinə və “Yer-hava” tipli raketlər daxil edilib.
Qeyd edilir ki, Yaponiya tərəfi Ukraynaya hərbi sursatın göndərilməsinin xaricə silah tədarükü barədə üç əsas prinsipi pozacağı ilə əlaqələndirib. Nəticədə Tokio Kiyevə yalnız zirehli jiletlər, qoruyucu dəbilqələr, isti paltar, foto və video aparatları, çadırlar, sanitar vasitələri, qida məhsulları və elektrik generatorları göndərib.
Xatırladaq ki, Yaponiya hökuməti 2014-cü ildə təqribən 50 il qüvvədə olan silahların və hərbi texnologiyaların ixracına qadağa siyasətindən imtina edib.
Lakin bununla yanaşı məsələ ilə bağlı ciddi qaydalar qəbul edilib. Həmin qaydalara əsasən, Yaponiya hərbi münaqişə şəraitində və ya BMT TŞ-nin sanksiyaları altında olan ölkələrə silah göndərə bilməz.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:14 / 09.03.2022
Yaponiya Ukraynaya “yox” dedi - Hərbi sursat göndərməyəcək
Hazırda oxunan: Yaponiya Ukraynaya “yox” dedi - Hərbi sursat göndərməyəcək
Hazırda oxunan: Yaponiya Ukraynaya “yox” dedi - Hərbi sursat göndərməyəcək
63742
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.