ABŞ-da türk restoranına hücum edən 2 erməni həbs edildi

Hazırda oxunan: ABŞ-da türk restoranına hücum edən 2 erməni həbs edildi

63669

Beverli Hillsdə türk restoranına hücum edən iki erməni əsilli amerikalı - Qlendeyldən Vilyam Stepanyan və Los-Ancelesdən Arutyun Qarri Çalikyan federal həbsxanaya göndəriliblər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı AP agentliyi yayıb.

Vilyam Stepanyan 5 il, Arutyun Qarri Çalikyan isə 15 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan əlavə, məhkəmə onları ümumilikdə 21,2 min dollar təzminat ödəməyə məcbur edib. Keçən il onlar sui-qəsd və nifrət cinayətlərində təqsirli olduqlarını etiraf ediblər.
Vilyam Stepanyan və Arutyun Qarri Çalikyan 20 noyabr 2020-ci ildə türk restoranına girərək dördü türk olmaqla beş nəfərə hücum ediblər.

Onlar insanların üzərinə stul atıblar, qab-qacaqları sındırıblar və türk xalqının ünvanına təhqiramiz sözlər işlədiblər. Hücum edənlər restorana 20 min dollar ziyan vurublar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin