Ukrayna-Moldova sərhədində müğənni Sofiya Rotarunun oğlu və nəvəsi nəzarətə götürülüb.
Bizim.Media xəbər verir ki, bu haqda görüntüləri Ukrayna mətbuatı yayıb.
Mənbə yazır ki, sənətçinin 9 nəfərdən ibarət ailə üzvləri sərhədi keçməyə çalışıb.
Videoda Rotarunun oğlu Ruslan Yevdokimenko və nəvəsi Anatoli Yevdokimenko da yer alıb.
Ukrayna, məlum olduğu kimi, ölkədən çağırış yaşı olan kişiləri buraxmır.
Bizim.Media