Britaniya, Kanada və Niderland liderlərindən Ukraynaya daha bir DƏSTƏK – VİDEO

Hazırda oxunan: Britaniya, Kanada və Niderland liderlərindən Ukraynaya daha bir DƏSTƏK – VİDEO

63645

Böyük Britaniya, Kanada və Niderland liderləri - Boris Conson, Castin Trüdo və Mark Rutte Ukraynaya daha dəstək göstəriblər.

Bizim.Media Telegram kanallarına istinadən xəbər verir ki, hər üç lider birgə video hazırlayıblar.

Siyasətçilər Putini təcavüzkar adlandırıb və Ukraynadakı müharibədən narahat olduqlarını bildiriblər.

Boris Conson deyib: “Biz Vladimir Putin və Rusiyanın əli ilə Ukrayna xalqının yaşadıqları aqressiya qarşısında onların yanındayıq”.

Qeyd olunur ki, bazar ertəsi, martın 7-də Böyük Britaniyanın baş naziri Boris Conson, Kanadanın baş naziri Castin Trüdo və Niderlandın baş naziri Mark Rutte Londonda görüş keçirib.
Siyasətçilər Rusiyanın genişmiqyaslı hərbi təcavüzü nəticəsində hazırda Ukraynada yaranmış vəziyyəti müzakirə ediblər. Onlar yekdilliklə qeyd ediblər ki, ukraynalıların müqavimət göstərmək cəsarəti onları Rusiyaya qarşı sanksiyaları daha da gücləndirməyə ruhlandırır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin