Rusiya sanksiyaların sayına görə Şimali Koreya və İranı ötdü - FOTO

Hazırda oxunan: Rusiya sanksiyaların sayına görə Şimali Koreya və İranı ötdü - FOTO

63638

Ukraynada cəmi 10 gün davam edən hərbi əməliyyatlarda Rusiya İran və Şimali Koreyanı ötərək dünyanın ən sanksiyaya məruz qalan ölkəsi olub.

Bizim.Media xəbər verir ki, bunu qlobal sanksiyaları izləmə məlumat bazası sübut edir.

Mənbə qeyd edir ki, fevralın 22-dən bu yana Rusiya ABŞ və Avropa ölkələrinin atdığı addımlar nəticəsində 2778 yeni sanksiyaların hədəfinə çevrilib.

Ölkəyə qarşı sanksiyaların ümumi sayı 5530-dan çox artıb. Bu, on il ərzində əsasən nüvə proqramına görə 3616 sanksiya ilə üzləşmiş İran, 2608 sanksiya ilə üzləşən Suriya, Şimali Koreya (2077), Venesuela, Myanma və Kubadan (müvafiq olaraq 651, 510 və 208) çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin