Xəbər verdiyimiz kimi, bu gün Belarusda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu keçirilib.
Bizim.Media xəbər verir ki, Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak danışıqların nəticəsi ilə bağlı açıqlama verib.
MÖVZU İLƏ BAĞLI:
Rusiya-Ukrayna danışıqlarının ÜÇÜNCÜ RAUNDU sona çatdı - YENİLƏNİB
O qeyd edib ki, Belovejskaya Puşçada keçirilən danışıqlarda humanitar dəhlizlə bağlı razılıq əldə olunub:
“Ukrayna və Rusiya arasında humanitar dəhlizlər məsələsi ilə bağlı danışıqlarda müsbət irəliləyişlər var”.
Qeyd edək ki, tərəflər birinci dəfə fevralın 28-i Belarusun Qomel şəhərində, ikinci dəfə isə martın 3-ü Brest vilayətində müzakirələr aparıblar.
Bizim.Media