Aleksandar Vuçiçin yenidən Serbiya prezidentliyinə namizədliyi irəli sürüldü

Hazırda oxunan: Aleksandar Vuçiçin yenidən Serbiya prezidentliyinə namizədliyi irəli sürüldü

63571

Serbiyada hakim Serb Tərəqqi Partiyası (SNS) prezident seçkilərində namizədlərinin hazırkı Prezident Aleksandar Vuçiç olduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, SNS-in koalisiya tərəfdaşları olan Serbiya Sosialist Partiyası və Sosialist Hərəkat da prezident seçkilərində yeganə namizədlərinin A.Vuçiç olduğunu bəyan ediblər.

Qeyd edək ki, A.Vuçiç daha əvvəl seçkilərdən sonra SNS partiyasına rəhbərliyi tərk edəcəyini açıqlayıb. Serbiya Prezidenti namizədlik təklifini qəbul edib-etməyəcəyi ilə bağlı açıqlama verməyib.

Serbiyada aprelin 3-də parlament seçkiləri ilə yanaşı, prezident seçkiləri də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin