əvanda Parlament binası qarşısında aksiya keçirilib.
ANS TV-nin məlumatına görə, “A1+”x9d telekanalında bildirilib ki, aksiya iştirakçıları Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına etiraz ediblər. Etiraz edənlərin əksəriyyəti ölkənin müxalifət partiyalarının üzvləri olub.
Aksiyada iştirak edən müxalifət liderlərindən biri “Milli Özünütəyin Birliyi”x9d partiyasının sədri Paruyr Ayrikyan ölkəni Avrasiya İttifaqına sürükləyən insanları ruhi dispanserə yerləşdirməlidirlər deyib.
“Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasını ratifikasiya edənlər özlərindən sonra gələcək nəsillərə belə bir ismarış qoyub gedə bilərlər ki, səs verərkən onlar sadəcə “uzunqulaq”x9d olublar. Çünki heç bir normal adam bu sazişin ratifikasiyasına səs verə bilməz”x9d, - deyə Paryur Ayrikyan qeyd edib.
Parlament üzvlərinə ünvanladıqları məktubda aksiya iştirakçıları deputatları Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair razılaşmaya qarşı çıxmağa çağırıblar.





























































































