Rusiya ilə Ukrayna arasında yaranan gərginliyi kədər və narahatlıqla izləyirik. Bölgədə yaranmış humanitar böhran, baş verən ölüm halları qəbuledilməzdir. Bizim həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlərimiz var.
Türkiyə Respublikası olaraq bu əlaqələri davam etdirərək atəşkəsin, sabitliyin, sülhün və əmin-amanlığın ən qısa zamanda bərqərar olması, danışıqlar yolu ilə iki ölkə arasındakı problemlərin həlli üçün başda Prezidentimiz Rəcəb Tayyib Ərdoğan olmaqla gecə-gündüz demədən bütün səviyyələrdə danışıqlarımızı davam etdiririk.
Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar ifadə edib.
Bölgədə sülh və sabitliyin tezliklə bərqərar olması üçün ölkəsi tərəfindən lazımi bütün addımların atıldığını qeyd edən nazir Türkiyənin qarşılıqlı dialoqun mümkün qədər tez başladılmasının tərəfdarı olduğunu deyib.
Ukraynadakı Türkiyə vətəndaşlarının təhlükəsizliyi və onların vaxt itirmədən təxliyəsinin vacibliyini vurğulayan Hulusi Akar bildirib ki, bütün bunların həyata keçirilməsi üçün bir an əvvəl atəşkəs elan edilməlidir.
Bizim.Media