Konqo Demokratik Respublikasında yaşayan Luvizo adlı şəxs üç bacıdan evlilik təklifi alıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bacılarla eyni gündə ailə quran Luvizo onlarla münasibətinin necə başlaması haqda danışıb:
"İlk Natali və daha sonra bacıları ilə tanış oldum, onlardan xoşum gəldi. Üçü də evlilik təklifi etdi. Qərar vermək çox çətin idi və hər biri eyni gözəllikdə olduğu üçün heç birindən imtina edə bilmədim".
"Yola getməyəcəyimizi və tezliklə ayrılacağımızı düşünən çox adam var, amma biz yaxşı anlaşırıq. Bunu hər kəsə göstərəcəyik", bacılar deyib.
Bizim.Media