Ukrayna ordusu Rusiya qoşunlarının bütün istiqamətlərində hücumuna qarşı müdafiə əməliyyatları aparır.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Məlumatda qeyd olunur ki, Ukraynanın birləşmiş qüvvələrinin qruplaşması Donetsk əməliyyat bölgəsinin şərq hissəsində müdafiə əməliyyatı aparır. Əsas səylər Mariupol şəhərinin müdafiəsinə və rus qoşunlarının üstün qüvvələrinə zərbələrin endirilməsinə yönəlib.
Xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Balakleya istiqamətindən Dnepropetrovsk vilayətinə doğru irəliləməyə çalışan rus hərbçilərinin kolonnalarını dayandırıb. Seversk vilayətində Çerniqov şəhərinin müdafiəsi üçün əməliyyat keçirilir.
Volın istiqamətində, Ukraynanın dövlət sərhədi boyunca müdafiə zonasının hazırlanması üçün tədbirlər görülür.
Ukrayna Baş Qərargahı qeyd edib ki, digər ərazilərdə Ukrayna Silahlı Qüvvələrinin bölmələri hücum əməliyyatlarının və Rusiya diversiya-kəşfiyyat qruplarının fəaliyyətinin qarşısının alınması məqsədilə sabitləşdirmə əməliyyatı aparır və əraziləri müdafiə etmək üçün tapşırıqları yerinə yetirir.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qruplaşması öz səylərini Rusiya aviasiyası tərəfindən atılan raket və hava zərbələrinin dəf edilməsinə yönəldib.
"Düşmən hücum potensialını itirməməyə çalışır, lakin indiki vəziyyətdə o, silah, texnika və şəxsi heyətlə böyük itkilər verir. Bütün Ukrayna xalqının müqaviməti nəticəsində düşmən ruhdan düşüb”, - Ukrayna Baş Qərargahı bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:03 / 06.03.2022
Müharibənin 11-ci günü: Ukrayna ordusu müdafiə əməliyyatı keçirir - Baş Qərargahın XÜLASƏSİ
Hazırda oxunan: Müharibənin 11-ci günü: Ukrayna ordusu müdafiə əməliyyatı keçirir - Baş Qərargahın XÜLASƏSİ
Hazırda oxunan: Müharibənin 11-ci günü: Ukrayna ordusu müdafiə əməliyyatı keçirir - Baş Qərargahın XÜLASƏSİ
63393
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.