Rusların Türkiyə sevgisi

Hazırda oxunan: Rusların Türkiyə sevgisi

63316
Rusiya və Türkiyə 2016-cı ildə qarşılıqlı olaraq "Turizm ili" keçirməyi planlaşdırır.

Bunu Vladimir Putinin dekabrın 1-də Ankaraya reallaşdıracağı səfər ərəfəsində keçirdiyi brifinqdə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O deyib ki, bu məsələnin V.Putinin səfəri çərçivəsində keçiriləcək iclasda elan olunması nəzərdə tutulur. Əminik ki, belə tədbirlər qarşılıqlı əlaqələri daha da möhkəmləndirəcək. 

Onun sözlərinə görə, Türkiyə rusların maraq göstərdiyi ölkələrdən biridir. Bir çox məsələdə qısamüddətli səfərlər üçün vizasız rejim buna imkan yaradır. Keçən il Rusiyadan Türkiyəyə 4,1 milyon turist gedib. Bu artım indi də davam edir və turistlərimizin sayı təqribən 14 faiz artacaq.(anspress)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin