Təbrizdən xoş xəbərlər var...

Hazırda oxunan: Təbrizdən xoş xəbərlər var...

63259

Həsən Rühani hökumətə gəldikdən sonra İranda bəzi müsbət dəyişikliklər müşahidə olunur. Milli-mədəni tədbirlərin keçirilməsi də bu qəbildəndir.

 Moderator.az-ın İrandakı mənbələrdən aldığı məlumata görə, bu yaxınlarda Təbrizdə Üzeyir Hacıbəyovun "Leyli-Məcnun" operası səhnəyə çıxarılıb. Düzdür, İranda qadın sənətçinin ifasına icazə verilmədiyindən Leyli rolunu ifa edən olmayıb. Operada yalnız Məcnunun rolu canlandırılıb. Bununla belə İslam inqilabından sonra bu cür tədbirin keçirilməsi İran üçün bir ilkdir.

Təbrizlilər iki aydan sonra keçirilməsi nəzərdə tutulan yeni bir mədəni tədbirə hazırlaşırlar. Məlumata görə, bu dəfə onların qonağı dünya şöhrətli azərbaycanlı müğənni və sənətçi Sami Yusif olacaq. Sənətçi öz qrupu ilə birlikdə 2015-ci yanvarın 30-da  İrana gələcək və öz istəyi ilə ikinci konsertini Təbrizdə fevralın 4-də  icra edəcək.

Bundan əvvəl tanınmış sənətçinin fevralın 1-də Tehranda, daha sonra isə fevralın 6-da Şiraz, fevralın 8-də Kiş adası və fevralın 20-də Ərakda konsert verəcəyi bildirilir. S.Yusif bildirib ki, konsert verdiyi zalların 800 nəfərdən çox tamaşaçı tutumu olacaq. Sənətçi xatırladıb ki, bilet satışı yanvarın 5-dən başlanacaq və bunun təfərrüatı yaxın günlərdə açıqlanacaq. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin