Yerli əhali mağazaya buraxılmır

Hazırda oxunan: Yerli əhali mağazaya buraxılmır

63198
Çinin Pekin şəhərində yerləşən mağazaya çinlilərdən başqa hər kəs buraxılır.
 
Daha dəqiq desək, şəhərin mərkəzində yerləşən mağazaya giriş-çıxış yalnız xaricilər və orada işləyən çinlilər üçün nəzərdə tutulub. Belə ayrıseçkilik əhali arasında narazılığa səbəb olub.
 
İş ondadır ki, mağaza rəhbərliyi çinli kişilərin hədsiz zəhlətökən olması, qadınların isə çoxsaylı geyimləri əyinlərinə geyinib baxdıqdan sonra heç birini almamasına görə belə bir qərar qəbul edib. Bundan əlavə, mağazada həm də oğurluq halları da baş verirmiş.
 
Bir çinli müştəri xarici vətəndaşın pulqabısını oğurladıqdan sonra mağaza rəhbərliyi zərərçəkənə öz cibindən 5 min dollar kompensasiya ödəməli olub.(publika.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin