Ukraynanın döyüş gedən şəhərlərindən Lvov şəhərinə gələn soydaşlarımız üçün səyyar qida məntəqələri yaradılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, Lvov Azərbaycanlıları Konqresinin sədri Teymur Məmmədov bildirib ki, bu məntəqələrdə azərbaycanlıların zəruri qida ehtiyacları ödənilir.
Daha sonra isə soydaşlarımız avtobuslarla Ukrayna-Polşa sərhədinə yola salınır.
Azərbaycan hökumətinin tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:15 / 04.03.2022
Ukraynadakı soydaşlarımız üçün səyyar qida məntəqələri - FOTO
Hazırda oxunan: Ukraynadakı soydaşlarımız üçün səyyar qida məntəqələri - FOTO
Hazırda oxunan: Ukraynadakı soydaşlarımız üçün səyyar qida məntəqələri - FOTO
63197
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.