Hollivud filmləri və bəzi cizgi filmlərində gələcək üçün ötürülən mesajlar - Nə qədər həqiqət payı var?

Hazırda oxunan: Hollivud filmləri və bəzi cizgi filmlərində gələcək üçün ötürülən mesajlar - Nə qədər həqiqət payı var?

63186

Kütləvi informasiya vasitələri ilə ötürülən məzmunda subliminal mesajların yerləşdirilməsi həm akademik, həm də qeyri-akademik şəraitdə uzun müddət müzakirə edilmişdir. Aparılan təqdqiatlar əasasında ümumi sayıla biləcək nəticə, insanların subliminal mesajlarla qarşılaşmasıdır.

Bizim.Media xəbər verir ki, xüsusən Hollivud filmləri və bəzi türk seriallarında gələcək əhəmiyyətli ötürülən mesajlar müasir beyin yuma metodlarından sadəcə biridir.

BİZİ GƏLƏCƏYƏ APARAN SIMPSONS..


Gələcək ilə bağlı proqnoz verən filmn və seriallar siyahısında Simpsons ilk sırasındadır. Belə ki, bu cizgi filmin 11 sentyabr terror aktı və ABŞ-ın keçmiş prezidenti Donald Trump-ı vaxtından əvvəl təxmin etməsi kimi məqamları diqqət çəkməkdədir. 

COVID-19 PANDEMİYASINI 11 İL ƏVVƏL TƏXMİN EDƏN FİLM YOLUXMA (CONTAGİON)..


Film mövzu etibarı ilə Çində yer alır, bundan başqa təəccüblü oxşarlıqlar da var. Məsələn, virusun mənbəyini göstərən səhnə, ekspertlərin koronavirusun mənşəyi ilə bağlı nəzəriyyələri ilə maraqlı bənzərlik əks etdirir. Epidemiyanın bütün dünyaya yayılması təcrid və karantin kimi həll yolları baxımından yaşadığımız prosesi ağlımıza gətirir. Digər bir oxşarlıq isə filmdə MEV-1 adlı virusun insanlar və toxunduğumuz səthlər arasında sıx təmas yolu ilə ötürülməsidir. 

KUBRİK VƏ ONUN SKYPE VƏ SİRİ PROQNOZU..


Rejissor Stenli Kubrikin lentə aldığı filmdə videozənglər Skype-a bənzər bir proqramla edilirdi. Yenə bir proqram insanlara getməli olduqları yerlər kimi mövzularda danışaraq cavab verirdi.

DOSTLAR (FRIENDS) TELESERİALINDAN FACEBOOK “KƏŞFİ”..


Ross 2003-cü ildə dostu Chandleri sırf kollec tələbələri üçün nəzərdə tutulmuş yeni veb-saytla tanış edəndə - Facebook-un bir il sonra təqdim edəcəyi bir şey - o, bunu "insanlar üçün mesajlar göndərmək, hamıya nə etmək istədiyini bildirmək" üçün bir yer adlandırdı. 

STAR TREK VƏ İPAD


Bütün Star Trek pərəstişkarları əfsanəvi PADD-ləri və ya Şəxsi Giriş Ekran Cihazlarını xatırlayacaqlar. Planşetə bənzər bu cihazlar ilk dəfə 80-90-cı illərdə yayımlanan “Star Trek: The Next Generation” filmində peyda olub.

PADD-lər indiki planşet və iPad-lərə çox bənzəyirdi. Nəzərə alın ki, bu, iPad kimi texnologiyanın dünyaya təqdim edilməsindən onilliklər əvvəl idi. Görünür, Star Trek mobil texnologiyanın necə inkişaf edəcəyini 30 il əvvəldən proqnozlaşdırmışdı.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin