NATO Ukraynada vəziyyətin daha da pisləşəcəyini gözləyir 

Hazırda oxunan: NATO Ukraynada vəziyyətin daha da pisləşəcəyini gözləyir 

63178

Şimali Atlantika Alyansı yaxın günlərdə Ukraynada vəziyyətin daha da pisləşəcəyini, ölən və yaralananların sayının artacağını gözləyir.  

Bizim.Media xəbər verir ki, bunu keçirilən mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq deyib. 

"Yaxın iki gündə, çox güman ki, Ukraynada daha çox ölü, daha çox yaralı, daha çox dağıntı olacaq", - o deyib. 

Alyans həmçinin Ukraynadakı münaqişənin Avro-Atlantik təhlükəsizlik üçün təsirlərini də araşdıracaq. 

Stoltenberq bildirib ki, NATO Rusiyanı dərhal qoşunlarını Ukraynadan çıxarmağa və danışıqlara başlamağa çağırır:

“NATO Ukraynadakı münaqişənin Ukraynadan kənara çıxmamasına, Rusiya ilə müharibəyə can atmamasına cavabdehdir”. 

NATO Ukraynadakı münaqişə kontekstində Gürcüstan və Bosniya və Herseqovinaya əlavə dəstək verəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin