Brüs Linin doğum günüdür - FOTOLAR

Hazırda oxunan: Brüs Linin doğum günüdür - FOTOLAR

63095
Bu gün məşhur döyüş ustası və aktyor Brüs Linin ad günüdür. 

Axşam.az -ın məlumatına görə, 1940-cı ildə Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olan aktyorun əsl adı Brüs Jun Fan Lidir. Atası və anası Çin operasında aktyor olublar. Brüs film karyerasına 8 yaşında Honq-Konqda başlayıb. O, küçə döyüşündə məğlub olmamaq üçün Kunq Funu öyrənmək qərarına gəlir və 1954-cü ildə məşhur Kunq Fu ustası Sifu Yip Manın şagirdi olur. Bir müddət sonra Brüs ABŞ-a gedir. Vaşinqton Universitetinin Fəlsəfə Hissəsinə yazılır. B.Li rəqsə böyük marağı ilə də seçilirdi. O, ən sevdiyi "Ça Ça Ça" rəqsində Honq-Konq çempionu olub.

 "Qəzəbin yumruğu", "Marlov", “Əjdahanın yolu”x9d, “Ölüm oyunu”x9d, “Böyük Boss”x9d, “Var-dövlət xəyala bənzəyir”x9d və s. filmlərdə çəkilib. 

Brüs Li 1973-cü ildə “Ölüm oyunu”x9d filminin çəkilişləri əsnasında hələ də səbəbi dəqiq bilinməyən baş ağrısından dünyasını dəyişib. Qeyd edək ki, aktyorun oğlu  Brendon Li 1993-cü ildə “Qarğa”x9d filminin çəkilişi zamanı qarnından vurularaq öldürülüb. Onların hər ikisi ABŞ-ın Sietl əyalətində dəfn olunublar.
 
 

 

 

 

 

 

 

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin