Bir güllə ilə iki hədəf: “Bessarabiya xalq respublikası”x9d

Hazırda oxunan: Bir güllə ilə iki hədəf: “Bessarabiya xalq respublikası”x9d

63072
2015-ci il yazında Ukraynanın cənubunda Bessarabiya “xalq respublikası”x9dnın yaradılmasına cəhd edilə bilər.
 
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Nezavisimaya Qazeta”x9d nəşrinin Ukrayna təmsilçisi Tatyana İvjenko “Da Vinci AG”x9d analitik qrupunun analitik hesabatına istinad edərək yazıb.
 
Hesabatda bildirilir ki, “xalq respublikası”x9dnın ərazisinə Qaqauziya muxtariyyəti, Ukraynanın Odessa vilayətinin bir hissəsi və Moldovanın bəzi rayonları daxil edilə bilər. Analitiklər isə hesab edirlər ki, region Moldovada keçiriləcək parlament seçkilərindən sonra xarici təsir üçün daha rahat olacaq.
 
Amma hazırda vəziyyət sakit görünür. Ukrayna Qaqauzlar İttifaqının vitse-spikeri Fyodor Arnaut “Nezavisimaya Qazeta”x9dya bildirib ki, insanların arasında separatizm əhvali-ruhiyyəsi yoxdur: “Biz hamımız milliyyətindən asılı olmayaraq Ukrayna vətəndaşlarıyıq. Biz ölkənin ərazi bütövlüyünü dəstəkləyirık”x9d.
 
Odessa vilayətində qaqauz milli azlığın nümayəndələrindən biri Rusiya nəşrinə deyib ki, hazırda regionda vəziyyət nisbətən sakitdir: “Hamı görür ki, Donbas hövzəsində nələr baş verir. Heç kəs müharibə istəmir".
 
Ancaq o xatırladıb ki, cənubda münaqişələr hələ keçmiş prezident Viktor Yanukoviçin vaxtında yaranıb: "Yanukoviç 2013-cü ildə regional dillər haqqında qanunu qəbul etdi. Kağız üzərində bütün azlıqlara ana dillərindən azad istifadə hüququ verilirdi. Amma belə hüququ yalnız ruslara verdilər. Bilmək olmaz ki, bundan sonra nə baş verəcək? Nəzərə alaq ki, qaqauz xalqı iki dövlətin sərhədləri ilə  bölünüb. Ancaq onlar həm Moldovada, həm də Ukraynada ən yaxşı həyatı istəyirlər”x9d.
 
“Da Vinci AG”x9d analitik qrupu proqnozlaşdırır ki, Rusiya qaqauzlara yağlı vədlər verə bilər: “Moskva regionun siyasi liderlərinə təsirindən maksimum istifadə etməyə çalışır. Moldova və Ukraynanın cənubunda yaradılacaq qeyri-stabil vəziyyət Dnestryanı ərazidə münaqişənin donunu açmaqda, yekunda Ukrayna və Moldovanın avrointeqrasiya prosesininin qarşısını almaqda Rusiyaya kömək edə bilər”x9d.
 
“Berta Communications”x9d konsaltinq şirkətinin direktoru Taras Berezoves hesab edir ki, Ukraynanın cənubundakı vəziyyəti mürəkkəb hesab etmək olar: "Rusmeyilli əhvali-ruhiyyə güclüdür. Odessa sakinlərinin 20 faizi Rusiyanın iştirak etdiyi strukturlara inteqrasiyanı dəstəkləyirlər. Bu insanlar passivdir, biz onları Kiyevi dəstəkləyən insanlardan fərqli olaraq küçələrdə görmürük. Buna görə də belə bir təəssürat formalaşır ki, vəziyyət tamamilə sakit və nəzarət ediləndir. Amma istisna olunmur ki,  xarici güclər cənubda vəziyyəti gərginləşdirməyə çalışacaqlar. Bizdə separatçılarla mübarizə üçün nə daxili resurs, nə də iradə var. Həm də unutmaq lazım deyil ki, yaxınlıqda ”“ Dnestryanı ərazidə Rusiya qoşunları yerləşir".
 
“Da Vinci AG”x9d analitiklərinin fikrincə, vəziyyətin xüsusi çətinliyi ondadır ki, Luqansk və Donetsk “xalq respublikaları”x9dndan fərqli olaraq “Bessarabiya xalq respublikası etnik əlamət üzrə yaradıla bilər. Analitiklər qeyd edir ki, separatçılarla mübarizə halında Rusiya təbliğatı bunu asanlıqla millətlərarası münaqişə və etnik təmizləmə kimi təqdim edəcək.
 
“Penta”x9d Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Vladimir Fesenko "Nezavisimaya Qazeta”x9dya deyib ki, Kiyevdə də belə bir ssenarini istisna etmirlər: “Görünür ki, vəziyyəti gərginləşdirmək cəhdləri olacaq. Hədəf isə ilk növbədə Odessa və Xarkov vilayətləri olacaq. Amma Moskva üçün çətinliklər də yaranacaq. Moldovadan fərqli olaraq, Ukraynada qaqauzlar yığcam yaşamırlar və yerli əhali arasında əksəriyyət təşkil etmirlər. Eyni zamanda, Donbas hövzəsindən fərqli olaraq çoxmillətli Odessa vilayəti Rusiya ilə həmsərhəd deyil. Cənubda münaqişəni provokasiya etmək olar. Amma onu bəsləmək çox ağır olardı. Ümumiyyətlə, yeni separatizm meyillərinin qarşısının alınması məsələsi ilə xüsusi xidmət orqanları məşğul olmalıdır. Düşünürəm ki, onlar məşğul olurlar".
 
Dünən Ukrayna Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Qitlyanskayanın səsləndirdiyi iddia da Odessa vilayəti də daxil olmaqla Rusiyanın Ukrayna ilə bağlı təhlükəli planlarının olduğunu göstərir. Onun sözlərinə görə, Rusiya Ukraynada Donetsk və Luqanskdan əlavə daha 4 “xalq respublikası”x9dnı yaratmağı planlaşdırır. Y.Qitlyanskaya qeyd edib ki, söhbət Odessa, Xarkov, Kiyev  və Podkarpatskaya “xalq respublikaları”x9dndan gedir.
 
Onun sözlərinə görə, Milli Təhlükəsizlik Xidməti Ukraynanın beş regionunda qeyri-stabil vəziyyət yaratmağa çalışan Rusiya xüsusi xidmət orqanlarının agentura şəbəkəsinin fəaliyyətini ifşa edib. Y.Qitlyanskaya qeyd edib ki, Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri Çerniqov, Lvov, Poltava, Herson və Vinnitsa vilayətlərində agentura şəbəkəsini yaratmaq fikrində olublar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin