Türkiyə Papanın bu istəyini rədd etdi

Hazırda oxunan: Türkiyə Papanın bu istəyini rədd etdi

63027
Noyabrın 28-30-u tarixlərində Türkiyə səfər edəcək  Roma Papası Fransiskin “Fiat Albea”x9d avtomobil istəyi Ankara tərəfindən rədd edilib.
 
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Papanın tələbinin rədd edilməsinin səbəbi olaraq təhlükəsizlik tədbirləri göstərilib.
 
Papanın səfərində ilk dayanacaq Ankara olacaq. Atatürk mavzoleyinə baş çəkəcək Papa yeni prezident sarayının da ilk qonağı olacaq. Səfərin ikinci günündə isə İstanbulda olacaq Papa 7 min polis tərəfindən mühafizə olunacaq.
 
Papa xalqı salamlamaq üçün istifadə etdiyi üstü açıq “papamobil"i Türkiyəyə gətirməyəcək. Dövlət naziri statusunda qəbul edilən Papanın gəzdirilməsi üçün zirehli olmayan, ancaq lüks avtomobil veriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin