Ukrayna ordusunda canlı “Bayraktar” peyda oldu - FOTO  

Hazırda oxunan: Ukrayna ordusunda canlı “Bayraktar” peyda oldu - FOTO  

63005

Kiyev vilayətindəki Polis Kinologiya Mərkəzində düşmənin hücumlarını proqnozlaşdıra bilən it var.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko “Telegram”da məlumat verib.

“Müharibə başlamazdan bir neçə ay əvvəl Köpək Mərkəzində Alman Çoban balası dünyaya gəldi. O, hüquq-mühafizə orqanları əməkdaşlarının əsl talismanına çevrilib. Balaca düşmən hücumunun başladığını hiss edir və partlayışlardan dərhal əvvəl bir neçə dəqiqə hürür” – deyə Geraşenko qeyd edib.

Ukraynalı hərbçilər müharibədə onlara yardımçı olan dördayaqlıya simvolik olaraq “Bayraktar” adı veriblər.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin