Zelenski: “Odessamızı məhv etmək istəyənlər Qara dənizin dibini görəcək”

Hazırda oxunan: Zelenski: “Odessamızı məhv etmək istəyənlər Qara dənizin dibini görəcək”

62960

Ukrayna prezidenti Vladimir Zelenski martın 3-də ukraynalılara ənənəvi gündəlik videomüraciətini edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “glavred.info” nəşri yayıb.

Ukrayna liderinin sözlərinə görə, iki il əvvəl məhz bu gündə Ukraynada ilk koronavirus hadisəsi qeydə alınıb:
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski: “Təslim olacağımızı düşünənlər Ukrayna haqda heç nə bilmir” - VİDEO 


“Amma ölkə birləşdiyi üçün bunun öhdəsindən gəldi. Bu, Ukrayna xalqının gücünün sübutudur”.

Zelenski deyib ki, Rusiya müstəqil Ukraynanın ərazisinə daxil olub. 

“Kəskin təcavüz, özünü sevmək, təqiblər, ağır psixoloji komplekslər və nəticədə raket sistemləri, raket artilleriyası, tanklar və digər zirehli texnikalar çəyirtkə kimidir. Müdafiəmizin bütün xətləri qorunub saxlanılıb. Strateji müdafiənin heç bir sahəsində düşmən uğurlu deyil. Onlar depressiyaya düşüblər, məhvə məhkumdurlar” deyə o, qeyd edib.

Həmçinin, prezident vurğulayıb ki, Ukrayna əcnəbi könüllüləri qəbul edir, onların ilk 16 min nəfəri ölkəyə gəlir. O, Rusiyanı “reparasiya” (təzminat ödəmək) sözünü öyrənməyə çağırıb.

“Dəfələrlə bizi məhv etmək istəyirdilər. Uğursuz oldu. Biz çox şey yaşadıq! Əgər kimsə fikirləşir ki, ukraynalılar qorxuya düşəcək, sınacaq və ya təslim olacaq. Ukrayna haqqında heç nə bilmirlər. Onların Ukraynada nə işləri var?”, - Zelenski bildirib.

Prezident bildirib ki, müharibə nəticəsində işini itirən ukraynalılar dövlətdən 6 min qriven alacaqlar.

“Ukrayna şəhərlərinə raket və bomba zərbələri endirilməsi onların bizim torpaqlarımızda əhəmiyyətli heç nə edə bilmədiklərinin etirafıdır. Çerniqov, Sumi, Nikolayev, Odessa müdafiəni qoruyur. Onlar bizim Odessamızı məhv etmək istəyirlər, ancaq Qara dənizin dibini görəcəklər”, - deyə Ukrayna prezidenti əlavə edib.

O, dağıdılmış kilsələri də xatırladıb, xüsusən də bir gün əvvəl mərmi ilə vurulmuş Xarkovdakı Uspensk məbədini.

“Bütün kilsələrimizi və məbədlərimizi dağıtsanız belə, bizim imanımızı məhv edə bilməzsiniz. Biz hər evi, hər küçəni, hər şəhəri bərpa edəcəyik. Dövlətə və hər bir ukraynalıya qarşı etdiyiniz hər şeyin əvəzini ödəyəcəksiniz. Yadda saxlayın, ateistlər, milyonlarla insan lənət oxuyanda özünüzü xilas edə bilməyəcəksiniz”, deyə Zelenski yekunlaşdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin