Rusiya telekanalları tanınmış teleaparıcı Maksim Qalkinin iştirak etdiyi “Uralsib” bankının reklamını efirdən yığışdırıb.
Bizim.Media “tjournal.ru” saytına istinadən xəbər verir ki, bu barədə RBK telekanalı reklam bazarındakı iki həmsöhbətə istinadən yazıb.
Məlumatı banka yaxın mənbə də təsdiqləyib.
Fevralın 24-də, Ukrayna ərazisində hərbi əməliyyatların başlandığı gün Qalkin “İnstagram”da qara kvadrat ilə yazı dərc edib.
Nəşrdə teleaparıcı yazıb: “Səhər tezdən Ukraynadan olan qohumlarım və dostlarımla əlaqə saxladım! Hisslərimi sözlə ifadə edə bilmirəm! Bu necə mümkündür! Müharibəyə heç bir bəraət qazandırmaq olmaz! Müharibə olmamalıdır”.
Qeyd dərc olunan zaman Uralsib-in mətbuat xidməti “tjournal.ru” (TJ) saytının suallarını cavablandırmayıb.
RBK Qalkinin özü ilə də əlaqə saxlaya bilməyib. Birinci Kanalın mətbuat xidməti də nəşrin suallarını cavabsız buraxıb.
TJ-nin redaktoru qeyd edib ki, Uralsib Bankının saytında hələ də Qalkinin iştirak etdiyi reklam banneri var.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:02 / 03.03.2022
Maksim Qalkinə Ukrayna ilə bağlı bu açıqlamasına görə qadağa qoyuldu - VİDEO
Hazırda oxunan: Maksim Qalkinə Ukrayna ilə bağlı bu açıqlamasına görə qadağa qoyuldu - VİDEO
Hazırda oxunan: Maksim Qalkinə Ukrayna ilə bağlı bu açıqlamasına görə qadağa qoyuldu - VİDEO
62925
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.