Ukraynanın Yekaterinburqdakı konsulluğu Ukrayna tərəfinin qərarı ilə fəaliyyətini dayandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Yekaterinburqdakı nümayəndəsi Aleksandr Xarlov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Moskvadakı Ukrayna səfirliyinin binasından bayraq endirildi - VİDEO
"Ukrayna tərəfinin qərarına əsasən konsulluğun işi dayandırılıb və bu gün səhər diplomatlar Qazaxıstana getməli idi. Hazırda Ukrayna tərəfdən heç bir məlumat daxil olmayıb. Cədvələ görə hesab edirəm ki, onlar Qazaxıstan ərazisindədir”, - deyə Xarlov qeyd edib.
Həmçinin Konsulluğun ərazisində Ukrayna bayrağı götürülüb.
Bizim.Media