Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar ordunu türk qüvvələri ilə döyüşlərə hazırlaşmağa çağırıb.
Bizim.Media "AP" agentliyinə istinadən xəbər verir ki, Xəlifə Haftar bu açıqlamanı Türk parlamentinin Liviyadakı Türk birliklərinin qalma müddətini 18 aya qədər uzatma qərarına cavab olaraq verib.
Müşavirlər, avadanlıq və kəşfiyyat da daxil olmaqla, Türk hərbi yardımı Haftarın Tripoliyə qarşı hücumunu dayandırmağa kömək edib.
Türkiyə, həmçinin Liviyaya minlərlə suriyalı muzdlu göndərməkdə də günahlandırılır.
"Türk hərbçilərinin çəkmələri bizim təmiz torpaqlarımızı ləkələdikləri müddətdə təhlükəsizlik və sülh olmayacaq" deyib.
“Azad iradəmizlə barışıq qurmaq üçün əlimizə silah götürəcəyik. Düşmənin iki çıxışı var: ya dinc yolla getmək, ya da zorla qovulmaq”. Haftar yekunlaşdırıb.
Babək Göyüş, Bizim.Media
- A-
- A
- A+
Dünya
09:35 / 25.12.2020
Xəlifə Haftar hərbçiləri Türkiyə ilə müharibəyə hazırlaşmağa çağırdı
Hazırda oxunan: Xəlifə Haftar hərbçiləri Türkiyə ilə müharibəyə hazırlaşmağa çağırdı
Hazırda oxunan: Xəlifə Haftar hərbçiləri Türkiyə ilə müharibəyə hazırlaşmağa çağırdı
6283
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.