Ukraynalı döyüşçülər Rusiya Federasiyasının hərbçilərinin niyə ölkəmizə vuruşmaq üçün gəldiklərini soruşub. Əsirlərdən biri “Ukraynada “terrorçular” var” təbliğatı ilə beyinlərinin “xarab edildiyini” təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “unian.net” saytında yerləşdirilib.
Mənbə yazır ki, Nikolaevdə tutulan rus hərbçilərinə evə qayıtmağa icazə verilib. İkinci Dünya Müharibəsi əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə düşmən təslim olub.
Rusiya Federasiyasının əsgərlərinə 1944-cü ilin aprelində əsl qəhrəmanlıq göstərən Olşa paraşütçülərinin abidəsi yaxınlığında Ukrayna hərbçilərini öldürmək əmri verilibmiş.
Ukrayna hərbçiləri əsir düşənlərdən niyə ölkəmizə döyüşmək üçün gəldikləri soruşulub.
"Belə xəbər yayırdılar ki, burada terror törədirlər, qanunsuzluq var və Ukraynanın rus əsgərlərinin köməyinə ehtiyacı yaranıb", - əsirlərdən biri belə deyib.
Rusiya Federasiyasının ikinci hərbçisi atası ilə telefonla danışıb:
“Ata, bizi tələyə saldılar. Biz atəş açmadıq, sadəcə təslim olduq və əsir düşdük".
Bizim.Media