“Sizdən xahiş edirəm, bu məlumatı oğulları Ukraynada əsir düşən minlərlə bədbəxt rus analarına çatdırasınız. Qərara alındı ki, əsir götürülmüş rus əsgərləri analarına bu şərtlə verilsin. Onlar mütləq Ukraynanın paytaxtı Kiyevə gəlməlidirlər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko yazıb.
O, “Oğullarını əsirlikdən qaytarmaq üçün nə etmək lazımdır?” sualına belə cavab verib:
1. Oğlunuzun əsirlikdə olduğunu və ya öldüyünü öyrənmək üçün aşağıdakı telefon nömrələrinə zəng etməlisiniz, “Telegram”da isə Qruz 200 kanalına daxil olmaq lazımdır (//t.me/gruz_200_rus).
Və ya çox xətli telefonlarla Ukrayna Müdafiə Nazirliyinin "Ukraynadan sağ qayıt" qaynar xəttinə zəng edin: +380894201860, +380894201861, +380894201862
Və ya poçta yazın: [email protected]
2. Oğlunuzun bizim əsirliyimizdə olması barədə təsdiq aldıqdan sonra rus əsgərlərinin anaları Kiyevə gəlməlidirlər.
Putinin nasist ordusunun işğalından və hava məkanının bağlanmasından sonra bunu ancaq bu şəkildə etmək olar:
Kalininqrad və ya Minskə gedin. Oradan avtobus və ya taksi ilə Polşa sərhədinə gəlin. Sonra Polşa ərazisindən keçərək Ukrayna ilə keçid məntəqəsinə çatacaqsınız. Orada sizi qarşılayıb Kiyevə aparacaqlar, oğlunuz orada sizə təhvil veriləcək.
Biz ukraynalılar, Putinin nasistlərindən fərqli olaraq, analar və onların əsir uşaqları ilə döyüşmürük. Sizi Kiyevdə gözləyirik! Rusiyada bunu maksimum paylaşın!” deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:56 / 02.03.2022
Ukraynada əsir düşən rusiyalı hərbçilər bu şərtlə geri qaytarılacaq – DETALLAR
Hazırda oxunan: Ukraynada əsir düşən rusiyalı hərbçilər bu şərtlə geri qaytarılacaq – DETALLAR
Hazırda oxunan: Ukraynada əsir düşən rusiyalı hərbçilər bu şərtlə geri qaytarılacaq – DETALLAR
62810
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.