“Xarici İşlər Nazirliyinə müraciət edirəm, Azərbaycanın Polşadakı səfirliyinə müraciət edirəm. Hazırda Ukraynadan Polşaya keçmişik. Axşam bizə zülm verilib. Bizi 10 saat soyuqda saxlayıblar, ölkəyə kobud şəkildə qəbul ediblər. Polşa polisi bizimlə ən kobud şəkildə davranır”.
Bizim.Media xəbər verir ki, bu sözləri İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.
O bildirib ki, Polşada vəziyyət gərgindir:
“Bizi yaxın şəhərlərə aparmaq əvəzində, 800 kilometr uzağa - Almaniya ilə sərhədə aparırlar. Bu, Azərbaycan vətəndaşına qarşı böyük hörmətsizlikdir.
Təxliyə məsələsində azərbaycanlılara kömək göstərməyəcəkdinizsə, onda niyə qapılarını bizə açırdı? Mən xahiş edirəm ki, təcili bizimlə maraqlansınlar. Bizim tələbələrimiz də burada çətin vəziyyətdə qalıb. Bizi avtobusun içinə salıb buraxmırlar. İçməyə su vermirlər. Raketdən qaçıb gələn bu insanları zülmə salırlar. Mən təcili köməklik istəyirəm”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:31 / 02.03.2022
Ukraynadan Polşaya təxliyə edilən Samir Adıgözəlli: “Polis bizə zülm edir” - VİDEO
Hazırda oxunan: Ukraynadan Polşaya təxliyə edilən Samir Adıgözəlli: “Polis bizə zülm edir” - VİDEO
Hazırda oxunan: Ukraynadan Polşaya təxliyə edilən Samir Adıgözəlli: “Polis bizə zülm edir” - VİDEO
62787
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.