BMT-yə üzv ölkələr Rusiya Federasiyasının İnsan Hüquqları Şurasındakı üzvlüyünə xitam vermək imkanları barədə düşünməlidir.
Bizim.Media xəbər verir ki, bunu ATƏT-ə sədrlik edən Polşanın xarici işlər naziri Zbiqnev Rau Şuranın sessiyasında çıxışı zamanı deyib.
“Biz özümüzə sual verməliyik ki, Rusiya BMT İnsan Haqları Şurasının üzvü olmağa davam edəcəkmi?” – deyə Rau qeyd edib.
O, Ukraynadakı xüsusi əməliyyatı pisləyib və bunu "BMT Nizamnaməsi də daxil olmaqla beynəlxalq hüququn pozulması" adlandırıb.
Nazir sözlərinə "Beynəlxalq ictimaiyyət bu vəziyyətin davam etməsinə icazə verə bilməz. Biz Rusiyanı bu müharibəni dərhal dayandırmağa, qoşunlarını çıxarmağa və insan hüquqlarına hörmət etməyə çağırırıq", - deyə əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:37 / 02.03.2022
Rau Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasından çıxarılmasının mümkünlüyü məsələsini qaldırıb
Hazırda oxunan: Rau Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasından çıxarılmasının mümkünlüyü məsələsini qaldırıb
Hazırda oxunan: Rau Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasından çıxarılmasının mümkünlüyü məsələsini qaldırıb
62776
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.