İndoneziyanın keçən ay seçilən yeni prezidenti Yoko Vidodonun davranışı ölkədə böyük səs-sədaya səbəb olub.
Prezident Sinqapurda təhsil alan oğlunun məzuniyyət mərasiminə gedərkən təyyarədə sadə insanların istifadə etdiyi hissədə əyləşib.
Yokovi ləqəbli Vidodo və həyat yoldaşı İriana paytaxt Cakartadakı aeroportda digər sərnişinlər kimi yoxlanış üçün növbədə dayanıblar. Təəccüb keçirən sərnişinlərdən bəziləri prezidentlə selfi çəkdirib.
Sosial şəbəkələrdə bəzi istifadəçilər Prezidenti tərifləsə də, digərləri Prezidentin beş ulduzlu oteldə qalmağını tənqid ediblər.(axar.az)
































































































