Ukraynanın müdafiə naziri: "Rusiya genişmiqyaslı əməliyyata hazırlaşır" - FOTO

Hazırda oxunan: Ukraynanın müdafiə naziri: "Rusiya genişmiqyaslı əməliyyata hazırlaşır" - FOTO

62636

"Əldə olan məlumatlara görə, rus işğalçıları yaxın vaxtlarda genişmiqyaslı informasiya-psixoloji əməliyyat keçirməyə hazırlaşır".

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov "Facebook" hesabında bildirib.

Nazir vurğulayıb ki, Rusiyanın məqsədi Ukrayna xalqının və ordusunun müqavimətini qırmaqdır.
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynanın müdafiə naziri: “Bayraktarlarımız havadadır, istənilən ssenariyə hazırıq”


"Əvvəlcə əlaqəni kəsməyi planlaşdırırlar. Bundan sonra Ukraynanın hərbi-siyasi rəhbərliyinin təslim olmağa razılaşdığına dair xeyli saxta xəbərlər yayılacaq. Bu saxtakarlığı “təsdiqləmək” üçün guya imzalı “sənədlər”, eləcə də montaj edilmiş saxta videolar nümayiş etdiriləcək", - deyə nazir qeyd edib.

Aleksey Reznikov əlavə edib ki, Kiyevi 2-3 günə alacağını gözləyənlərin çoxu artıq cəhənnəmdədir.

"Gəlin silahı möhkəm tutaq! Biz müqavimət göstərməyə davam edirik!", - deyə nazir yazıb.

Bizim.Media




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin