Avropa Parlamenti Ukraynanın Aİ-yə üzvlük ərizəsini alqışladı – Prezident

Hazırda oxunan: Avropa Parlamenti Ukraynanın Aİ-yə üzvlük ərizəsini alqışladı – Prezident

62604

Avropa Parlamentinin prezidenti Roberta Metsola bildirib ki, Avropa Parlamenti Ukraynanın Avropa perspektivini tanıyır.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə o, Avropa Parlamentinin növbədənkənar iclasında çıxışı zamanı bildirib.

"Biz Ukraynanın Avropa perspektivini tanıyırıq. Biz Ukraynanın namizəd statusu ilə bağlı müraciətini alqışlayırıq və bu məqsədə nail olmaq üçün çalışacağıq. Biz gələcəyə birlikdə baxmalıyıq", - qadın siyasətçi deyib.

UNIAN-ın daha əvvəl xəbər verdiyi kimi, fevralın 28-də Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb.
Sənəd artıq Brüsselə çatdırılıb və rəsmi qeydiyyatdan keçib. Ali Radanın deputatı Dmitri Razumkov bildirib ki, bu gün Avropa Parlamenti Ukraynaya Aİ-yə namizəd statusunun verilməsini tələb edən qətnamə qəbul etməyi planlaşdırır.

8 ölkənin prezidenti Ukraynaya Aİ üzvlüyünə namizəd ölkə statusunun dərhal verilməsinə çağırıb.

Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, “Xalqın xidmətçisi” fraksiyasından olan deputat Mariya Mezentsevanın açıqlamasına görə, Ukrayna əvvəlcə Aİ-yə namizəd ölkə statusu alacaq, sonra isə İttifaqın üzvü olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin