Dünyanın ən böyük yük gəmisi ilk səfərinə çıxdı

Hazırda oxunan: Dünyanın ən böyük yük gəmisi ilk səfərinə çıxdı

62591
ünyanın ən iri yük gəmisi Cənubi Koreyadan ilk səfərinə çıxıb. Dəniz qazma platformalarının daşınması üçün nəzərdə tutulan “Peter Şelte”x9d adlı gəminin dekabr ayında Rotterdama çatacağı bildirilir.

BBC telekanalının yaydığı məlumata görə, eni 124 metrə və uzunluğu 382 metrə çatan gəmi İsveçrənin sualtı kəmərlərin tikintisi ilə məşğul olan Allseas firmasına məxsusdur. Cənubi Koreyanın Daewoo Heavy Industries kompaniyası tərəfindən tikilən “Peter Şelte”x9d 3 milyard dollara başa gəlib və 48 min ton yükgötürmə qabiliyyətinə malikdir.

Bununla belə, “Peter Şelte”x9d ən iri gəmi statusunu uzun müddət saxlaya bilməyəcək. Allseas kompaniyası artıq eni 160 metr və uzunluğu 400 metr olan daha bir gəmi hazırlatmaq niyyətində olduğunu bəyan edib. 77 ton yükgötürmə qabiliyyətinə malik bu gəminin 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin