Rusiya – Ukrayna müharibəsində həlak olan azərbaycanlıların SİYAHISI 

Hazırda oxunan: Rusiya – Ukrayna müharibəsində həlak olan azərbaycanlıların SİYAHISI 

62571

Rusiya – Ukrayna müharibəsində həlak olan Azərbaycan vətəndaşlarının sayı 9-a çatıb. 

Bizim.Media xəbər verir ki, son olaraq, Ukraynanın Krivoy-Roq şəhərində 35 yaşlı Mahmudov Eldar Ramzan oğlunun şəhərin girişində postdan keçərkən anlaşılmazlıq şəraitində sözügedən ölkənin hərbçiləri tərəfindən vurulub.  

Yerli könüllülər kimi Ukrayna döyüşçülərinə ərzaq məhsulları verib geri qayıdarkən postdan sürətlə keçən azərbaycanlı gəncin avtomobili atşə tutulub. Nəticədə E. Mahmudov yerindəcə keçinib.

Onu güllələyən 2 Ukrayna hərbçisi dərhal şəhər hərbi prokurorluğunun sanksiyası il həbs olunub, cinayət içi qaldırılıb. 

Fevralın 26-sında əslən Cəbrayıl rayonunun Balyand kəndindən olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və iki övladı Xerson şəhərinə endirilən aviazərbələr nəticəsində dünyasını dəyişib. Onun qızı Sabina və oğlu Zaur hadisədən əvvəl şəhərin yaxınlığında olublar. Natalya Fərzəliyeva övladlarını götürmək üçün maşınla ora yollanıb.  

Bir qədər getmiş onların olduğu avtomobil aviazərbəyə məruz qalıb. Hadisə zamanı Qoşqar Fərzəliyevin həyat yoldaşı Natalya Fərzəliyeva və övladları həlak olub. 
Fevralın 27-si 8 avtomobil karvanından ibarət bir-birinə qohum düşən həmvətənlərimiz Odessa şəhərindən Moldovaya keçid etmək istəyən zaman naməlum hərbçilərin hücumuna məruz qalıblar. Nəticədə İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət İsmayılov və Azər İsmayılov dünyasını dəyişib. 

Hadisə zamanı ağır xəsarətlər alan Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib. 

Həmin gün səhər 9:00 radələrində Xarkov şəhərinin mərkəzində Azərbaycan vətəndaşı, 1987-ci il təvəllüdlü Qoşqar Məmmədov naməlum istiqamətdən gülləyə tuş gələrək, qətlə yetirilib.

Qoşqar Məmmədov əslən azərbaycanlı, Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğlu olub. 

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin