Məşhur türkiyəli aktyor Tuncel Kurtizin xatirəsinə film festivalı təşkil olunacaq.
Bizim.Media türk mediasına istinadla xəbər verir ki, “Qardan bəyaz pərdə” film festivalı martın 2-dən başlayır.
Qeyd edək ki, festivalın ideyası aktyorun özünə aiddir. Ömrünün son günlərində bu barədə dostlarına da danışıb.
Xatırladaq ki, Tuncel Tayanç Kurtiz 1 fevral 1936-cı ildə Kocaelidə dünyaya gəlib. Haydarpaşa liseyini bitirib, qısa müddət universitetdə hüquq, sonra filologiya, fəlsəfə, psixologiya və incəsənət tarixi üzrə təhsil alıb, lakin heç birini bitirməyib.
İlk dəfə 1959-cu ildə Dormen Teatrında aktyorluğa başlayan sənətçi filmlərdə rol alıb.
1979-cu ildə çəkilən Gül Həsən filmi ilə rejissorluq debütü edib. Nurettin Sezerlə birlikdə yazdığı Gül Həsən filminin ssenarisi ilə 1981-ci ildə keçirilən Antalya Qızıl Portağal Film Festivalında ən yaxşı ssenari mükafatını qazanıb. Erol Keskin, Hadi Çaman, Erol Günaydın və Hadi Çamanla birlikdə Genar Teatrını qurub. 80-ci illərdə xaricdə yaşamağa başlayıb. 2006-cı ildə Hacı, 2007-ci ildə Asi seriallarında rol alıb.
2009-cu ilin əvvəlində ekranlara çıxan “Payız sancısı” filmində Kamil Əfəndi obrazını canlandırıb. Elə həmin il yayıma başlayan “Ezel” serialında Ramiz Karaeski obrazını canlandırıb və daha da tanınıb.
2011-ci ilin oktyabrında 48-ci Qızıl Portağal Film Festivalında Ömürlük Şərəf Mükafatını alıb.
27 sentyabr 2013-cü ildə İstanbulun Etiler səmtindəki evində 77 yaşında vəfat edib. 29 sentyabr 2013-cü ildə Balıkəsirdə Edremit rayonunun Çamlıbel kəndində dəfn edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:06 / 01.03.2022
Məşhur türkiyəli aktyorun adına film festivalı keçiriləcək
Hazırda oxunan: Məşhur türkiyəli aktyorun adına film festivalı keçiriləcək
Hazırda oxunan: Məşhur türkiyəli aktyorun adına film festivalı keçiriləcək
62558
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.