Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya gələn əcnəbilərin SAYI ARTIR - Beynəlxalq legiona qoşulurlar 

Hazırda oxunan: Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya gələn əcnəbilərin SAYI ARTIR - Beynəlxalq legiona qoşulurlar 

62530

Artıq onlarla əcnəbi Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya gəlib. Onlar Ukrayna prezidenti Vladimir Zelenskinin təcavüzkar ölkəyə müqavimət göstərməyə kömək etmək çağırışına cavab veriblər.  

Bizim.Media xəbər verir ki, bu barədə “ The Independent” nəşri məlumat yayıb.  

Bildirilib ki, gələnlər arasında Hollandiya, Böyük Britaniya, Kanada və ABŞ-dan keçmiş əsgərlər, xilasedicilər və adi mülki şəxslər də var.  
Xatırladaq ki, bir neçə gün əvvəl Zelenski xarici vətəndaşları Ukraynaya gələrək Ukrayna Silahlı Qüvvələrinə kömək etməyə çağırmışdı.   

Xarici dövlətlərin, o cümlədən Danimarka, Latviya və hətta Böyük Britaniyanın hökumətləri müraciəti dəstəkləyiblər. Latviya parlamenti yekdilliklə öz vətəndaşlarına Ukraynada istəsələr döyüşə icazə verilməsinə səs verib, Danimarkanın baş naziri isə vətəndaşların Rusiya qüvvələrinə qarşı döyüşməsinə icazə veriləcəyini bildirib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin